Dmitri Nazarovun çıxış etdiyi “Erzgebirge” səfərdə “Hannover”ə uduzub

7 Dekabr 2019 19:07 (UTC+04:00)

Almaniya 2-ci Bundesliqasında 16-cı turun oyunları davam edir.

SİA xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi “Erzgebirge” səfərdə “Hannover”lə qarşılaşıb və 2:3 hesabı ilə uduzub.

Start heyətdə meydana çıxan Nazarov 85-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, 23 xalı olan Aue təmsilçisi 18 komanda arasında hazırda 6-cı pillədə qərarlaşıb.