Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının sədri müəyyənləşib

7 Dekabr 2019 18:41 (UTC+04:00)

Nazirlər Kabineti “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası üzvlərinin Siyahısı”nda dəyişiklik edib.

SİA xəbər verir ki, dəyişikliyə əsasən, Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının sədri müəyyənləşib.

Qərara əsasən, Baş Nazirin müavini Şahin Mustafayev Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının sədri vəzifəsinə təsdiqlənib.