MSK-nın növbədənkənar parlament seçkiləri ilə əlaqədar iclası başlayıb

7 Dekabr 2019 14:58 (UTC+04:00)

Mərkəzi Seçki Komissiyasının (MSK) növbədənkənar parlament seçkiləri ilə əlaqədar iclası başlayıb. SİA-nın verdiyi məlumatına görə, MSK sədri Məzahir Pənahovun sədrliyi ilə keçirilən iclasda növbədənkənar seçkilərə hazırlıq məsələsi müzakirə olunur.

Eyni zamanda, növbədənkənar parlament seçkilərinə hazırlıqla əlaqədar işçi qrupları yaradılacaq, Təqvim Planı təsdiq olunacaq.

Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri 2020-ci il fevralın 9-da keçiriləcək.