“Atletiko” xal itirib

7 Dekabr 2019 12:12 (UTC+04:00)

İspaniya La Liqasında XVI tur start götürüb. SİA-nın məlumatına görə, turun ilk günündə bir matç baş tutub.

Günün yeganə matçında “Vilyarreal” “Atletiko”nu qəbul edib. Azarkeşlər bu qarşılaşmada qol görməyiblər – 0:0.

Qeyd edək ki, turun digər matçları dekabrın 7-8-də keçiriləcək.

İspaniya La Liqası
XVI tur
6 dekabr
“Vilyarreal” – “Atletiko” – 0:0