Tramp şəxsi mobil telefonu yox imiş - MARAQLI

7 Dekabr 2019 11:52 (UTC+04:00)

ABŞ Prezidenti Donald Tramp şəxsi mobil telefonunun olmadığını açıqlayıb. SİA xəbər verir ki, bu barədə Tramp “Twitter” hesabında yazıb.

Donald Tramp bu açıqlaması ilə CNN-in “təhlükəsizlik orqanlarının dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, Prezidentin zənglər üçün şəxsi mobil telefonundan istifadə etməsi” ilə bağlı xəbərinə cavab verib. Ağ Evin rəhbəri bu informasiyanı tamamilə yalan adlandırıb.

Tramp uzun illərdir ki, şəxsi mobil telefonu olmadığını, bunun əvəzində hökumətin telefonlarından istifadə etdiyini qeyd edib.