Lənkaranda 4 otaqlı evdə yanğın olub

7 Dekabr 2019 09:15 (UTC+04:00)

Lənkəran şəhərinin Səpnəkəran kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli 4 otaqlı evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, evin yanar konstruksiyaları 38 m² sahədə və dam örtüyü 50 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.