Eddi İsrafilovun 90 dəqiqə çıxış etdi və...

7 Dekabr 2019 05:51 (UTC+04:00)

Millimizin üzvü Eddi İsrafilovun çıxış etdiyi "Albasete" İspaniya Sequndasında növbəti oyununu keçirib. SİA xəbər verir ki, komanda 19-cu turda doğma meydanda "Ekstemadura" ilə qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb.

Eddi start heyətdə meydana daxil olub və 90 dəqiqə oynayıb. O, 33-cü dəqiqədə sarı vərəqə alıb.

Qeyd edək ki, "Albasete" hazırda 27 xalla 8-ci pillədə qərarlaşıb.