R.Şeydayev yetirməsi olduğu komandaya qarşı görüşü ehtiyat oyunçular skamyasından izləyib

7 Dekabr 2019 03:55 (UTC+04:00)

Rusiya Premyer Liqasında 19-cu tura start verilib.

SİA xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayevin şərəfini qoruduğu Moskva “Dinamo”su bu turda səfərdə "Zenit"lə qarşılaşıb və 0:3 hesabı ilə uduzub.

R.Şeydayev bu görüşü də ehtiyat oyunçular skamyasından izləyib.

Qeyd edək ki, Moskva təmsilçisi 24 xalla 16 komanda arasında 7-ci pillədə qərarlaşıb, "Zenit" isə 45 xalla 1-cidir.

Xatırladaq ki, Şeydayev məhz "Zenit"in yetirməsi hesab edilir.