Azərbaycanla Gürcüstan arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

7 Dekabr 2019 02:40 (UTC+04:00)

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov və “SOCAR Enerjy Georgia” şirkətinin baş direktoru Mahir Məmmədov bu ölkənin təhsil, elm, mədəniyyət və idman naziri Mixeil Çxenkeli ilə görüşüblər. SİA xəbər verir ki, görüşdə iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən elm, təhsil, mədəniyyət və idman sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub.

Söhbət zamanı M.F. Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi və Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrı ilə bağlı məsələlər də diqqət mərkəzində olub.

Görüşdə səfir D.Həsənov M.Çxenkeliyə nazir təyin olunması münasibətilə Azərbaycanın Təhsil nazirinin təbrik məktubunu təqdim edib.

Qeyd edək ki, M.Çxenkeli bu il noyabrın 13-də Gürcüstanın təhsil, elm, mədəniyyət və idman naziri təyin olunub.