Tallində şahmatçımız gümüş medal qazanıb

7 Dekabr 2019 01:37 (UTC+04:00)

Estoniyanın paytaxtı Tallində rapid üzrə Avropa çempionatında şahmatçımız uğurla çıxış edib. SİA xəbər verir ki, ölkəmizi qitə çempionatında təmsil edən Rauf Məmmədov 10,5 xal toplayaraq gümüş medal qazanıb. Digər şahmatçımız Qədir Hüseynov isə 10 xalla 7-ci sırada qərarlaşıb.

İki gün davam edən turnirdə 34 ölkədən 474 şahmatçı iştirak edib.