Abşeron rayonunda məktəbli bıçaqlanıb

7 Dekabr 2019 00:39 (UTC+04:00)

Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.

SİA xəbər verir ki, Xırdalan şəhərində, 2 saylı orta məktəbdə 2002-ci il təvəllüdlü Seyidov Xalid Namiq oğlu naməlum şəxslərlə mübahidə zəminində bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.