Pol Poqba "Mançester Siti" ilə oyunu buraxacaq

6 Dekabr 2019 23:15 (UTC+04:00)

"Mançester Yunayted"in futbolçusu Pol Poqba İngiltərə Premyer Liqasının 16-cı turunda "Mançester Siti" ilə oyunu da buraxacaq. Britaniya mətbuatının yazdığına görə, bu barədə klubun baş məşqçisi Ole-Qunnar Sulşer məlumat verib. O, fransalı yarımmüdafiəçinin bərpa müddətinin davam etdiyini söyləyib. Qeyd edək ki, "Mançester Siti" - "Mançester Yunayted" görüşü sabah keçiriləcək.