Polislərimiz bu gün 11.400 ağac əkdi FOTO

6 Dekabr 2019 16:54 (UTC+04:00)

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü çərçivəsində keçirilən ağacəkmə kampaniyasında Daxili İşlər Naziriyinin və onun yerli qurumlarının şəxsi heyəti də fəal iştirak ediblər.

DİN-dən SİA-ya verilən məlumata görə, dekabrın 6-da Respublikanın daxili işlər orqanlarının şəxsi heyəti tərəfindən paytaxt Bakı da daxil olmaqla ölkəmizin digər şəhər və rayonlarında ümumilikdə 11.400 ədəd şam və küknar ağacı əkilib.

Polis əməkdaşları tərəfindən əkilən ağacların suvarılması həyata keçirilib, onlara aqrotexniki qaydada qulluq göstərilib, ağacların küləkdən qorunması üçün qoruyucu dirəklər basdırılıb.