YAP Qaradağ rayon təşkilatında namizədlərlə görüş keçirilib

6 Dekabr 2019 15:53 (UTC+04:00)

Yeni Azərbaycan Partiyasının Qaradağ rayon təşkilatında Lökbatan qəsəbəsinin bələdiyyə üzvlüyünə YAP tərəfindən irəli sürülmüş namizədlərlə görüş keçirilib. Tədbiri giriş sözü ilə açan millət vəkili, YAP-ın Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov rayon təşkilatı tərəfindən görülən işlər barədə məlumat verib, qarşıdan gələn bələdiyyə seçkilərinin əhəmiyyətindən danışıb.

Qeyd edib ki, bu gün seçkilərlə bağlı partiyamızın qarşısında duran məsələlərdən biri iqtidar partiyası olaraq seçkilərin ədalətli və şəffar keçirilməsinə nail olmaq və seçicilərin yekdil səsini qazanmaqla onların arzu və istəklərini həyata keçirməkdir.

Bu günə qədər keçirilən bütün seçkilərdə partiyamızın namizədlərinin xalq üçün, Azərbaycanın rifahı və quruculuğu naminə fəaliyyət göstərməsi seçicilər tərəfindən yüksək səs çoxluğu qarşılanıb. Növbəti seçkilərin də yekdilliklə keçiriləcəyinə və namizədlərimizin dəstəklənəcəyinə əminik. Çünki YAP xalqımızın həyatında müstəsna xidmətləri ilə seçilən partiyadır.

Sonda çıxış edən rayon seçiciləri xalqın etimadını əməli işi ilə doğruldan Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini bildiriblər.

YAP-ın namizədlərinin seçicilərlə görüşü yüksək əhval-ruhiyyə şəraitində baş tutub, onların müxtəlif sualları cavablandırılıb.