6 dekabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar görülən tədbirlər çərçivəsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın bir gündə ölkəmizdə 650 min ağacın əkilməsi təşəbbüsü ilə bağlı keçiriləcək ağacəkmə kampaniyası respublikanın bütün regionlarında olduğu kimi Xəzər rayonundada təntənəli şəkildə təşkil edilib.
Rayonun Türkan qəsəbəsində keçirilən ağacəkmə aksiyasında Xəzər RİH-nin başçısı Elşən Salahov, Azərbaycan Republikası Prezidentinin Administrasiyasının sektor müdiri Tağı Tağıyev, Millət Vəkili Rauf Əliyev, YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov, Xəzər RİH başçısının müavinləri, Rayon İcra Hakimiyyəti başçısı Aparatının kollektivi, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də YAP Xəzər rayon təşkilatının fəal üzvləri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə həyata keçirilən aksiya zamanı 7000 ədəd müxtəlif növ ağaclar əkilib. Bayram əhval ruhiyəsində keçən ağacəkmə aksiyasında incəsənət adamlarının iştirakı ilə konsert proqramı və iştirakçılar üçün çay süfrəsi təşkil edilib.