Şahmatçılarımız Avropa çempionatının rapid turnirində mübarizə edirlər

6 Dekabr 2019 15:34 (UTC+04:00)

Estoniyanın paytaxtı Tallində rapid üzrə Avropa çempionatı davam edir.

SİA-nın məlumatına görə, ölkəmizi qitə çempionatında təmsil edən Qədir Hüseynov, Rauf Məmmədov və Rəfael Bayramlı bu gün rapid turnirinin son 6 turunda mübarizə aparacaqlar.

Qitə çempionatı çərçivəsində keçirilmiş 7 turun nəticəsinə görə, Q.Hüseynov və R.Məmmədov 6 xalla liderlər qrupundadırlar. R.Bayramlı isə 3 xal toplayıb.

İki gün davam edən turnirə 34 ölkədən 474 şahmatçı qatılıb ki, onlardan da 47-si qrossmeysterdir.