Muğam Mərkəzində növbəti xeyriyyə konserti

6 Dekabr 2019 12:05 (UTC+04:00)

Dekabrın 8-də Beynəlxalq Muğam Mərkəzində müğənni Murad Sadıxın “Qəlbimin nəğmələri” adlı xeyriyyə konserti olacaq. SİA-nın məlumatına görə, konsert proqramında müğənni ilə bərabər, səhnə dostları da çıxış edəcəklər.

Tədbirin aparıcısı Leyla Quliyeva ilə birlikdə Muğam Televiziya Müsabiqəsinin qalibi Pərviz Qasımov, pianoçu-bəstəkar Sevda Məmmədli, Milli Konservatoriyanın xalq çalğı alətləri orkestri, Cavad Tağızadə və kamera orkestri, beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Vüsalə Babayeva konsert boyu gənc müğənni ilə birgə səhnəni bölüşəcəklər.