Əfqanıstanda toqquşma 10 polis öldü

6 Dekabr 2019 11:14 (UTC+04:00)

Əfqanıstanın şimalında Kunduz əyalətində “Taliban” qruplaşmasının üzvləri ilə toqquşmalarda azı 10 əfqan polis əməkdaşı öldürülüb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, toqquşma zamanı 3 döyüşçününü öldürüldüyü bildirilir.

Hadisənin Sahib bölgəsində bir qrup yaraqlıların iki polis məntəqəsinə hücum etməsindən sonra baş verdiyi bildirilir. Ölənlərin sayının 10-dan artacağı istisna edilmir.