Bakı Xoreoqrafiya Akademiyasının tələbəsi Daşkənddə ustad dərsi keçib FOTOLAR

6 Dekabr 2019 10:42 (UTC+04:00)

Bakı Xoreoqrafiya Akademiyasının (BXA) İncəsənət fakültəsinin tələbəsi Ruslan Hacıyev Daşkənd şəhərində Özbəkistan Xoreoqrafiya Akademiyasının tələbələri üçün Azərbaycan milli rəqsindən ustad dərsi keçib. Nazirlikdən SİA-ya verilən xəbərə görə, Özbək tələbələrin böyük marağına səbəb olan ustad dərsi zamanı Azərbaycan milli rəqs elementlərindən, xalq rəqslərinin tarixindən, eləcə də bu sahədə Bakı Xoreoqrafiya Akademiyasının uğur və nailiyyətlərindən danışılıb. Rəqs hərəkətlərinin nümayişi ilə interaktiv şəkildə təşkil olunan ustad dərsi mütəxəssislərin rəyinə əsasən Özbəkistan-Azərbaycan mədəni əlaqələrinin möhkəmlənməsi və inkişafına xidmət edir.

Ustad dərsinin nəticəsi olaraq tələbələrlə Azərbaycan “Yallı”sı hazırlanaraq təqdim olunub.

Sonda ustad dərsini yüksək peşəkarlıqla keçdiyinə görə Ruslan Hacıyev Özbəkistan Xoreoqrafiya Akademiyasının rektoru tərəfindən təşəkkürnamə ilə mükafatlandırılıb.