ABŞ-da soyğunçularla polis arasında atışma olub ölənlər var

6 Dekabr 2019 09:50 (UTC+04:00)

ABŞ-ın Florida ştatında mağaza soyğunçuluğuna cəhddə, avtomobil oğurluğunda və girov götürülməsində şübhəli bilinən iki nəfər polislə atışmada öldürülüb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, iki kişi zərgərlik mağazasını soymağa çalışıb, bundan sonra UPS ekspress şirkətinin yük maşınını qaçırıblar. Onlar sürücünü girov götürüblər.

Polis cinayətkarları təqib edərkən qarətçilər asayiş keşikçilərinə atəş açıblar. Cinayətkarlar hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən güllələnib. Girov götürülən şəxsin aqibəti barədə məlumat verilmir. İlkin məlumata görə, atışma zamanı polis əməkdaşlarından heç kim zərər çəkməyib.