San-Paulo şəhərində Azərbaycan xalçalarının fotosərgisi açılıb FOTOLAR

6 Dekabr 2019 09:18 (UTC+04:00)

Braziliyanın San-Paulo şəhərinin Santo Amaro Mədəniyyət Mərkəzində Azərbaycan xalçalarının fotosərgisinin açılışı olub. Nazirlikdən SİA-ya verilən xəbərə görə, yanvarın 12-dək davam edəcək sərgi ölkəmizin Braziliyadakı səfirliyi, Azərbaycanın Mədəniyyət Nazirliyi və San-Paulo meriyasının dəstəyi ilə keçirilir. Sərgidə Azərbaycan xalçaçılıq sənətinin nümunələri, ölkəmizin xalçaçılıq məktəbinə məxsus xalçaların fotoları sərgilənəcək.

İlk dəfə təşkil edilən sərginin açılışında San-Paulo şəhərində akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçiləri, yerli universitetlərin mütəxəssisləri, şəhər meriyasının işçiləri və sakinlər iştirak ediblər.

Sərginin açılışında səfir Elxan Poluxov, San-Paulo şəhər meriyasının beynəlxalq əlaqələr departamentinin rəhbəri Luiz Alvaro Salles Aguiar de Menezes və Santo Amaro Mədəniyyət Mərkəzinin direktoru Antonia Andrea Sousa çıxış ediblər.

Sərgiyə yerli məktəblərdən turların təşkili planlaşdırılır.

Açılışda yerli musiqiçi tərəfindən Azərbaycanın musiqi incilərindən parçalar səsləndirilib.