"Arsenal"dan növbəti məğlubiyyət

6 Dekabr 2019 05:24 (UTC+04:00)
"Arsenal" İngiltərə Premyer Liqasında növbəti oyuna çıxıb. SİA xəbər verir ki, London klubu 15-ci turda "Brayton"u qəbul edib və 1:2 hesabı ilə uduzub. "Arsenal" - "Brayton" - 1:2 Qollar: Uebster, 35 (0:1), Lyakazett, 50 (1:1), Maupay, 80 (1:2) Bu nəticədən sonra "Arsenal" 19 xalla 10-cu, "Brayton" 18 xalla 13-cüdür. Turnir cədvəlinə 43 xalla "Liverpul" başçılıq edir. "Lester" 35 xalla 2-ci, "Mançester Siti" 32 xalla 3-cüdür.