İranda toy mərasimində partlayış: 5-i uşaq olmaqla 11 nəfər ölüb

6 Dekabr 2019 08:33 (UTC+04:00)

Cümə axşamı İranın qərbində Kürdüstan əyalətinin Sakkez şəhərində toy mərasimi zamanı partlayış baş verib. SİA "Mehr" agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində beşi uşaq olmaqla, 11 nəfər ölüb, 34 nəfər yaralanıb. Yerli hakimiyyət orqanlarının məlumatında bildirilib ki, partlayışa səbəb qaz sızması olub. Yaralıların sağlamlıq durumları barədə məlumat verilməyib. Müxtəlif dərəcəli xəsarət alan yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.