Şenol Günəş "Neftçi”nin ev oyunlarını keçirdiyi "Bakcell Arena” ilə tanış olub

6 Dekabr 2019 03:34 (UTC+04:00)
AVRO-2020-nin final mərhələsinin görüşləri ilə əlaqədar Bakıya səfər edən Türkiyə milli komandasının baş məşqçisi Şenol Günəş "Neftçi"nin ev oyunlarını keçirdiyi "Bakcell Arena" ilə tanış olub. SİA-nın məlumatına görə, klub prezidenti Kamran Quliyev və vitse-prezident Elnur Eyvazovla görüşən türkiyəli mütəxəssisə xatirə hədiyyəsi olaraq "Neftçi" forması verilib. Şenol Günəş isə Türkiyə milli komandasının imzalı formasını Kamran Quliyevə təqdim edib. Qeyd edək ki, AVRO-2020-də A qrupunda yer alan "ay-ulduzlular" İtaliya ilə Romada, Uels və İsveçrə ilə Bakıda oynayacaqlar.