İngiltərə Premyer Liqasında gözlənilən istefa gerçəkləşib.
SİA xəbər verir ki, "Everton" klubunun rəhbərliyi bir müddətdir istefası gündəmdə olan Marku Silvanı vəzifəsindən kənarlaşdırıb.
Buna komandanın Premyer Liqadakı uğursuz çıxışı səbəb olub. XV turda "Liverpul"a 2:5 hesabı ilə uduzan "Everton" 14 xalla 18-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, M.Silva 2018-ci ilin yayından liverpulluların baş məşqçisi idi.