Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı 2 nəfər xəsarət alıb

6 Dekabr 2019 00:57 (UTC+04:00)

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı 2 nəfər xəsarət alıb.

SİA xəbər verir ki, hadisə Kürdəxanı qəsəbəsində baş verib.

İki minik avtomobilinin toqquşması nəticəsində 1953-cü il təvəllüdlü Həsənov İsrafil Cəbrayıl oğlu və onun qohumu, 1997-ci il təvəllüdlü Həsənova Aytac Həsən qızı xəsarət alıblar.

Yaralılar xəstəxanaya çatdırılıb. A.Həsənovanın vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.