“Beşiktaş”dan Türkiyə kubokunda böyük hesablı qələbə

6 Dekabr 2019 00:16 (UTC+04:00)

Türkiyə kubokunda 1/16 final mərhələsi davam edir.

SİA xəbər verir ki, bu gün ilk oyunlara yekun vurulub.

Keçirilən 5 matç məhsuldar alınıb. Super Liqa klublarından “Qaziantep” səfərdən məğlub ayrılıb. “Kırklarelispor” günün sensasiyasına imza atıb.

“Ərzincanspor”u qəbul edən “Beşiktaş” böyük hesabla qələbə qazanıb. “Kayserispor” və “Rizəspor” öz meydanında, “Dənizlispor” səfərdə qalib gəlib.

Qeyd edək ki, 1/16 final mərhələsinin cavab oyunları dekabrın 17-19-da keçiriləcək.

Türkiyə kuboku
1/16 final, ilk oyunlar
5 dekabr

“Kırklarelispor” – “Qaziantep” – 2:1
“Kayserispor” – “Manisa” – 3:2
“Altınordu” – “Dənizlispor” – 3:5
“Rizəspor” – “Samsunspor” – 3:2
“Beşiktaş” – “Ərzincanspor” – 3:0