Yasamalda 34 yaşlı qadını maşın vurub

5 Dekabr 2019 23:52 (UTC+04:00)

Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.

SİA xəbər verir ki, hadisə "Bizim Market"in qarşısında baş verib.

"Toyota" markalı minik avtomobili 34 yaşlı Musayeva Xəyalə Vaqif qızını vurub.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.