Növbəti illərdə ATƏT-ə hansı ölkələr sədrlik edəcək?

5 Dekabr 2019 22:20 (UTC+04:00)

ATƏT Nazirlər Şurasının Bratislavada keçirilən 26-cı iclasında növbəti illərdə ATƏT-ə sədrlik edəcək ölkələrin adları açıqlanıb. Belə ki, növbəti il ATƏT-ə sədrlik edəcək Albaniyanın ardınca 2021-ci ildə İsveç, 2022-ci ildə isə Polşa bu təşkilata sədrliyi qəbul edəcək.

İsveçin Xarici İşlər naziri Ann Linde ölkəsinin sədrliyə namizədliyini əsaslandırarkən bildirib ki, bu qərarı diplomatiyanın təhlükəsizliyi təmin etmək üçün ən yaxşı yol olduğuna inandıqlarına görə veriblər.