YAP Xəzər rayon təşkilatında seçicilərlə görüş keçirilib

5 Dekabr 2019 18:19 (UTC+04:00)

4 dekabr 2019-cu il tarixdə YAP Xəzər rayon təşkilatının qərargahında 23 dekabr 2019-cu il tarixində keçiriləcək Bələdiyyə seçkiləri ilə əlaqədar 13 saylı Xəzər - Pirallahı və 14 saylı Xəzər seçki dairələrinin seçiciləri ilə görüş keçirilib. Görüşdə YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov və millət vəkili Rauf Əliyev iştirak edib.