“Sarı gödəkçəlilər” Parisdə yürüşə başlayıblar

5 Dekabr 2019 16:26 (UTC+04:00)

Fransada “Sarı gödəkçəlilər” hərəkatının iştirakçıları Parisin mərkəzindən yürüşə başlayıblar. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, “Klişi” meydanına toplaşan onlarla fəal paytaxtın şərqində yerləşən Bulvar boyunca yürüşə başlayıblar.

Məlumata görə, etirazçılar pensiya islahatlarına qarşı başladıqları nümayişi Şərq stansiyasına qədər davam etmək niyyətindədirlər.

İzdiham polis tərəfindən qorunur, onlar etirazlara müdaxilə etmirlər.

“Sarı gödəkçəlilər” əllərində “xalq rəhbərlik edən azadlıq”, “Bu tətil deyil, prezidentin çökməsidir” yazısını tutublar.