Direktor “Qala” qoruğunda olub FOTOLAR

5 Dekabr 2019 15:33 (UTC+04:00)

Azərbaycanda səfərdə olan “Forbes” jurnalının redaksiya üzrə direktoru Nikolay Uskov “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nəzdindəki “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda olub.

İdarədən SİA-ya bildirilib ki, burada arxeoloji qalereya və XIX əsrə aid ikimərtəbəli yaşayış evi ilə tanış olan qonaq daha sonra qoruğun ərazisində fəaliyyət göstərən Qala Əntiq Əşyalar muzeyini də ziyarət edib.

Xatırladaq ki, Nikolay Uskov “Bakutel 2019” Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisində iştirak etmək üçün Bakıda səfərdədir.