“İnsanlar hakimiyyəti dəyişməyiblər ki, şoulara baxsınlar” – ERMƏNİ DEPUTAT

5 Dekabr 2019 14:36 (UTC+04:00)

“Serj Sarkisyanın Avropa Xalqları Partiyasının Zaqrebdəki sammitində sonuncu çıxışı əsas verdi ki, onun ağzını yummaq üçün maraq yaransın, mən bunu istisna etmirəm”. SİA aysor.am-a istinadən xəbər verir ki, bu fikirləri Ermənistan parlamentinin “Çiçəklənən Ermənistan” partiyasından olan fraksiya üzvü Gevork Petrosyan jurnalistlərlə söhbətində deyib.

Onun sözlərinə görə, sammitdə erməni cəmiyyətinin hüquqi təhlükəsizliyi problemləri səsləndirilib və təbii ki, bu hakimiyyətin xoşuna gələ bilməzdi: “Lakin hüquqşünas olduğuma görə mən dəqiqliklə deyə bilmərəm ki, Serj Sarkisyana qarşı açılmış cinayət işi məhz siyasi maraqlara bağlıdır. Bu, istisna edilmir, lakin məndə bu barədə informasiya yoxdur”.

Erməni deputatın sözlərinə görə, hakimiyyət cəmiyyəti ardıcıl məhkəmə prosesləri və həbslərlə sərgilədiyi davamlı şouları ilə doyuzdura bilməyəcək. Belə ki, insanlar hakimiyyəti dəyişməyiblər ki, şoulara baxsınlar, onlar bunu yaxşı yaşamaq üçün ediblər.