SABUNÇU
Dünən YAP Sabunçu rayon təşkilatı 23 dekabr 2019-cu il tarixində keçiriləcək bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində qadınlarla "Xalq üçün" şüarı ilə görüş keçirib. Görüşü Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Sabunçu rayon şöbəsinin və rayon təşkilatının sədri Mehriban Abasquliyeva ölkənin ictimai-siyasi həyatında aparıcı qüvvə olan Yeni Azərbaycan Partiyasının, bütün seçkilərdə olduğu kimi, bələdiyyə seçkilərinə də yüksək fəallıq nümayiş etdirəcəyini bildirib. O, qeyd edib ki, Yeni Azərbaycan Partiyası bütün respublika ərazisində 1606 bələdiyyə üzrə 15500 nəfər YAP üzvünün namizədliyini irəli sürüb.
M.Abasquliyeva, həmçinin, vurğulayıb ki, Yeni Azərbaycan Partiyası müasir Azərbaycan dövlətinin qurulmasında, xalqın rifahının ildən-ilə yüksəlməsində və ümummilli inkişafımızda əvəzolunmaz xidmətləri olubdur: "Məhz ölkəmizin əldə etdiyi nailiyyətlərdə qələbələ partiyası olan Yeni Azərbaycan Partiyası ümumxalq dəstəyi ilə "Xalq üçün" devizi altında qarşıdakı bələdiyyə seçkilərində də növbəti möhtəşəm uğur qazanacaqdır".
M.Abasquliyeva, həmçinin, seçiciləri həmin gün daha yüksək fəallıq nümayiş etdirərək, məntəqələrə gəlməyə və seçkilərdə YAP-ın namizədlərinə səs verməyə çağırdı.
Tədbirdə YAP Sabunçu rayon qadınlar şurasının sədri Ramidə İbrahimova, rayon təşkilatının sədr müavini Bəxtiyar Qasımov və başqaları çıxış edərək, seçiciləri 23 dekabr bələdiyyə seçkilərində fəal iştirak etməyə, ölkəmizin hərtərəfli inkişafının davamlı olması naminə Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırdılar.
BİLƏSUVAR
"Xalq üçün" devizi ilə təbliğat-təşviqat kampaniyasına uğurla başlayan YAP Biləsuvar rayon təşkilatının seçki qərargahı bələdiyyə seçkiləri ilə əlaqədar Biləsuvar rayonu Nərimankənd və Nəsimi kəndlərində seçicilərlə görüşü keçirib. Görüşdə YAP Biləsuvar rayon təşkilatı Seçki Qərargahının üzvləri Siyahət Quliyev və Əjdər Niftiyev çıxış edərək, ölkə Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu sosial və iqtisadi islahatlardan söhbət açaraq bildiriblər ki, 23 dekabr 2019-cu il tarixdə keçiriləcək bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən 219 namizəd irəli sürülüb. Yeni Azərbaycan Partiyası yarandığı vaxtdan ölkəmizdə keçirilən bütün seçkilərdə qələbə qazandığını deyən çıxışçılar əminliklə qeyd ediblər ki, qarşıdakı növbəti bələdiyyə seçkilərində də YAP tərəfindən irəli sürülmüş namizədlər seçicilər tərəfindən dəstəklənəcək.
Görüşdə çıxış edən Nərimankənd kənd sakinləri Ərəstun Quliyev, Fikrət Eynullayev, Nəsimi kənd sakinləri Zakir Baxşıyev, Təbriz Sucayev bildiriblər ki, hamılıqla seçki günü məntəqələrə gələrək, Yeni Azəbaycan Partiyasının irəli sürdüyü namizədlərə səs verəcəklər.
MASALLI
YAP Masallı rayon təşkilatı aparatında ilk dəfə səs verəcək gənclərlə görüş zamanı rayon təşkilatının sədri Seyfəddin Əliyev açaraq bələdiyyə seçkilərindən, bu seçkilərlə əlaqədar indiyə qədər görülmüş işlərdən, dövlətimizin yerli özünüidarəetmə orqanı olan bələdiyyələrə olan yüksək diqqət və qayğısından, eləcə də, gələcəkdə bələdiyyələrin qarşısında duran vəzifələrdən danışıb. S.Əliyev həyata keçirilən irimiqyaslı layihələrin, məhz Yeni Azəbaycan Partiyasının və onun Sədri, ölkə Prezidenti İlham Əliyevin adıyla bağlı olduğunu və bütün bunların hər bir vətəndaşın gözü qabağında baş verdiyini gənclərin diqqətinə çatdırıb. O, "Xalq üçün" devizi ilə təşviqat kampaniyasına uğurla başlayan YAP tərəfindən irəli sürülən namizədlərin xalqımız tərəfindən yekdil dəstək alacağına inandığını bildirərək, gəncləri Yeni Azərbaycan Partiyasının Seçki Proqramı ilə tanış edib, ölkəmizin hərtərəfli inkişafının davamlı olması naminə Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıb.
Tədbirdə iştirak edən YAP Masallı rayon təşkilatı gənclər birliyinin sədri Bəxtim Qarayev, gənclərdən Aytən Əliyeva və başqaları Azərbaycanda həyata keçirilən dövlət-gənclər siyasətinin əsas istiqamətləri, gənclərə göstərilən diqqət və qayğıdan danışıblar və 23 dekabrda keçiriləcək bələdiyyə seçkilərində fəal iştirak edəcəklərinə, Yeni Azərbaycan Partiyasının namizədlərini dəstəkləyəcəklərini bildiriblər.
XAÇMAZ
YAP Xaçmaz rayon təşkilatı 23 dekabr 2019-cu il tarixdə keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar təşviqat kampaniyası davam edir. İlk dəfə səs verən gənclər və rayon xidmət təşkilatı üzvləri ilə görüş zamanı YAP Xaçmaz rayon təşkilatının sədri Şəmsəddin Xanbabayev çıxış edərək bildirib ki, YAP bu seçkilərə də ciddi hazırlaşıb. Ş.Xanbabayev, onu da vurğulayıb ki, bu gün dövlət başçısı İlham Əliyevin uğurlu inqilabi islahatları xalqımızın rifahı naminə hesablanmış uğurlu islahatlardır və bu gün hər bir seçici belə firavan ölkəmizin inkişafı naminə qarşıdakı bələdiyyə seçkilərində hamılıqla fəallıq nümayiş etdirməli və partiyamızın namizədlərinə səs verməlidir.
Tədbirdə ilk dəfə səs verən Kərəm Bayramov, Amil Rəhimov, Abasyar Heydərov, Bəylər Hacımirzəyev, Sürayə Əmirova, Azim Davudov və başqaları çıxış edərək bələdiyyə seçkilərində daha fəal iştirak edəcəklərini bildirməklə, partiyanın qələbəsini təmin etməyə çalışacaqlarını bildiriblər.
TƏRTƏR
YAP Mərkəzi Seçki Qərargahının Tərtər rayon şöbəsi tərəfindən bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində YAP tərəfindən namizədlikləri irəli sürülmüş bələdiyyə üzvlüyünə namizədlər və seçicilərlə Buruc və Səhləbad kənd və Tərtər şəhər bələdiyyələri üzrə görüşlər keçirilib. Görüşlərdə YAP seçki qərargahı Tərtər rayon şöbəsinin sədri Ramiz Şabanov bələdiyyə seçkilərində YAP-ın səlahiyyətli nümayəndəsi Kamil Məmmədov, rayon seçki qərargahı yanında fəaliyyət göstərən təbliğat qrupunun üzvlərindən Elnur Abbasov və Zahid İbrahimov iştirak ediblər.
Hər üç görüşdə YAP rayon təşkilatının sədri Ramiz Şabanov ölkəmizdə 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıtdığı andan başlayaraq Azərbaycanda hüquqi-demokratik və sivil qaydalara, qanunçuluğun aliliyinə söykənən dövlət quruculuğu bərqərar olunmağa başladığını, 1995-ci ildə ölkədə müstəqil Azərbaycanın Ana Qanunu Konstitusiyamızın qəbulundan sonra ölkəmizdə parlament və bələdiyyələrə seçki təcrübəsi əldə olunduğunu, 1999-cu ildə Azərbaycanda, ilk dəfə olaraq, yerli özünüidarəetmə orqanı olan bələdiyyələrə seçkilər keçirildi. Bu yeni orqanın formalaşdırılması və bu sahədə təcrübələrin toplanılması başa çatdırıldığını, artıq ölkəmizdə 5-ci dəfədir ki, bələdiyyə seçkiləri keçirildiyin bildirib: "Builki seçkilərdə də Yeni Azərbaycan Partiyası bütün bələdiyyələr üzrə öz namizədlərini irəli sürüb. Hakim partiya kimi fəaliyyətdə olduğu 26 il ərzində, partiyamız özünün yürütdüyü daxili və xarici siyasəti ilə xalqın dərin rəğbətini qazanaraq, ümumxalq partiyası statusunu əldə etmişdir. Hesab edirəm ki, Yeni Azərbaycan Partiyasının daim xalqla birgə olaraq ölkəmizin çiçəklənməsində göstərdiyi xidmətlərlə nəzərə alınmaqla, bu ilki bələdiyyə seçkilərində seçicilərimizin böyük əksəriyyəti YAP-ın namizədlərinə səs verəcəklər".
Görüşdə YAP rayon təşkilatının təbliğat-təşviqat qrupunun üzvlərindən Elnur Abbasov, Zahid İbrahimov, Buruc bələdiyyəsinə namizədlərdən Pərvin Misirova, Vəfa Quliyeva, Ülviyyə Orucova, kənd sakinlərindən Zülfüqar Əliyev, Nüşabə Misirova, Səhləbad kənd sakinlərindən İman Almuradov, Xəyal Aslanov, Gülbəniz Aslanova, bələdiyyə üzvlüyünə namizədlərdən Səbuhi İbrahimov, Gündüz İbrahimov, Tərtər bələdiyyəsinə namizədliyi irəli sürülmüş gənclərdən Orxan Tanrıverdizadə, Fərid Nuriyev, Etibar Nuriyev, Tərtər şəhər sakinləri Nəcmiyyə Zeynalzadə, Sahib Həsənov və başqaları da çıxış edərək, qarşıdakı bələdiyyə seçkilərinin şəffaf və demokratik qaydada keçirilməsi üçün görüləsi işlərdən, seçkilərdə YAP-ın namizədlərinin qalib olmaları üçün həyata keçirilməli olan tədbirlərdən danışıblar.
AĞSTAFA
YAP Ağstafa rayon təşkilatı bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüşü Yeni Azərbaycan Partiyasının fəalları ilə keçirib. YAP Ağstafa rayon təşkilatının qərargahında keçirilən görüşdə rayon təşkilatının sədri Ramiz Tatarov çıxış edərək, hər beş ildən bir keçirilən bələdiyyə seçkilərinin ölkəmizin siyasi həyatında mühüm yer tutduğunu, bu seçkilərdə də seçicilərin daha fəal və ölkəmizin hər tərəfli inkişafının davamlı olması naminə Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini bildirib.
Görüşdə partiya fəallarından Kamran Abbasov, Azər Hüseynov, Mətanət İsayeva, Taleh Hüseynov və digərləri çıxış edərək seçkilərinin ədalətli, şəffaf, müvafiq seçki qanunvericiliyinə uyğun formada həyata keçiriləcəyini, Yeni Azərbaycan Partiyasının yenidən qalib gələcəyinə əmin olduqlarını söyləyiblər.
GÖYÇAY
YAP Göyçay rayon təşkilatı 23 dekabr 2019-cu ildə keçiriləcək bələdiyyə seçkilərində təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Çərəkə, Qarabaqqal kəndlərində, növbəti görüş isə Çaxırlı kəndində keçirilib. Görüşü YAP Göyçay rayon Seçki Qərargahının, Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədri Sahib Şükürov açaraq, Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevin apardığı uğurlu islahatlardan, bələdiyyə seçkilərindən, bu seçkilərlə əlaqədar indiyə qədər görülmüş işlərdən geniş söhbət açıb. S.Şükürov qeyd edib ki, Yeni Azərbaycan Partiyasının Azərbaycan dövlətinin qurulmasında, dövlətimizin müstəqilliyinin qorunmasında, əbədi, daimi olmasında, xalqın rifahının ildən-ilə yüksəlməsində əvəzolunmaz xidmətləri olubdur.
Tədbirdə YAP Göyçay rayon təşkilatı təbliğat qrupunun üzvləri Rasim Hüseynov, Zenfira Əliyeva, Xəlil Orucov, Çaxırlı bələdiyyəsi üzrə namizədlərdən Sevil Qədirova, Vidadi İbrahimov, Ramazan Hüseynov və başqaları çıxış edərək, YAP tərəfindən irəli sürülən namizədlərə uğurlar arzu edərə, seçki günü fəallıq nümayiş etdirərək, elliliklə seçki məntəqələrinə gəlməyə, YAP-ın namizədlərinə səs verməyə çağırdılar.
BALAKƏN
YAP Balakən rayon təşkilatı bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası ilə bağlı rayonun Xalatala kəndində Yeni Azərbaycan Partiyası tərəfindən bələdiyyə üzvlüyünə namizədlərlə görüş zamanı rayon seçki qərargahının üzvü Ömər Osmanov çıxış edərək, bələdiyyə seçkilərində qələbə qazanmaq üçün görüləcək işlərdən danışıb.
Partiya fəallardan Osif Zalxayev, Xəqani Nəbiyev və digərləri çıxış edərək, 23 dekabr seçkilərində əhalinin fəallığından, seçki qələbəsinə aparan uğurlardan söz açaraq, partiyamızın namizədlərinin qalib olacaqlarını bildiriblər.
QUBA
23 dekabr bələdiyyə seçkiləri ilə əlaqədar olaraq Quba rayonunda təbliğat-təşviqat kampaniyası uğurla davam edir. YAP Quba rayon təşkilatının seçki qərargahı rayonun Hacıhüseynli inzibati-ərazi dairəsi üzrə Hacıqayıb kəndində seçicilərlə görüş keçirilib. Görüşdə YAP Quba rayon təşkilatı təbliğat qrupunun üzvləri, 250 nəfərə yaxın seçici iştirak edib.
Tədbiri giriş sözü Yeni Azərbaycan Partiyasının Bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsi, Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri Yusif Abidov açaraq bələdiyyə seçkilərindən, bu seçkilərlə əlaqədar indiyə qədər görülmüş işlərdən, dövlətimizin yerli özünüidarəetmə orqanı olan bələdiyyələrə olan yüksək diqqət və qayğısından, eləcə də, gələcəkdə bələdiyyələrin qarşısında duran vəzifələrdən danışmışdır.
O, "Xalq üçün" devizi ilə təşviqat kampaniyasına uğurla başlayan YAP tərəfindən irəli sürülən namizədlərin xalqımız tərəfindən yekdil dəstək alacağına inandığını bildirərək, seçiciləri Yeni Azərbaycan Partiyasının Seçki Proqramı ilə tanış edib. Görüşdə çıxış edən təbliğat qrupunun üzvü, rayon maliyyə idarəsinin müdiri Ruslan Hacıyev bildirib ki, Quba rayon sakinlərinin YAP-a, partiyanın Sədri, ölkə Prezidenti İlham Əliyevə inamı çox güclüdür:"Qubalılar bu inamı keçirilən bütün seçkilərdə nümayiş etdirmişlər. Zəngin seçki təcrübəsinə malik olan rayonumuzda bütün seçki proseslərində hər zaman yüksək seçici fəallığı nümayiş olunubdur. Əminliklə deyə bilərik ki, bələdiyyə seçkiləri də rayonumuzda uğurla keçəcək, seçicilərimiz Yeni Azərbaycan Partiyasının namizədlərinə böyük dəstək olacaq və onlara səs verəcəklər".
Yeni Azərbaycan Partiyası tərəfindən Hacıhüseynli Bələdiyyəsinin üzvlüyünə namizədlikləri irəli sürülən 9 nəfər adından çıxış edən Rüfəddin Hacıyev və Almaz Daşdəmirov onlara YAP tərəfindən göstərilən diqqətə görə minnətdarlıqlarını bildirib və bu etimadı öz əməli işləri ilə doğruldacaqlarını bəyan edib.
ZƏRDAB
Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatı bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Təbliğat kampaniyası çərçivəsində növbəti görüşlər rayonun Çallı və Alıcanlı kəndlərində I Alıcanlı II Alıcanlı Cilovxanlı və Məlikmudlu kəndlərində keçirilib. Tədbirləri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının və rayon Seçki Qərargahının sədri Pərvin Mahmudova bildirib ki, bələdiyyələr daim vətəndaşların mənafeləri naminə yerli əhəmiyyətli məsələlərin həllində iştirak edir, sakinlərin etibarını qazanmağa və cəmiyyətimizdə özünə məxsus yer tutmağa səy göstərir. Ötən dövrdə bələdiyyələr müsbət təcrübə qazanıb və onların cəmiyyətdə rolu artıb. Natiq, həmçinin, qeyd edib ki, bütün siyasi kampaniyaları qələbə ilə başa vuran Yeni Azərbaycan Partiyası dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyasını mütəşəkkilliklə davam etdirir: "Rayonumuzda da, bu kampaniya səmərəli və mütəşəkkil qaydada aparılır. İnanıram ki, rayon sakinləri arasında nüfuzu olan namizədlərimiz bu seçkidə də qalib olacaqlar".
Daha sonra YAP Zərdab rayon təbliğat-təşviqat qrupunun üzvləri Səbuhi Kərimov, Gülağa İsgəndərov, Ziyad Xancanov,Rəmzi Şirinov, Rüxsarə Eminova, Fiqura Abbasova çıxış edərək, bildiriblər ki, Azərbaycan demokratik inkişaf yolunda dinamik addımlarla irəliləyir. Bildirilib ki, bütün bunlar onu göstərir ki, Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin nəticəsi inkişaf və sabitlikdir. Ona görə də, Zərdab rayonu ictimaiyyəti bu inkişafa və sabitliyə səs verməklə növbəti dəfə Yeni Azərbaycan Partiyasının namizədlərinə etimad göstərməlidirlər".
Tədbirlər seçicilərin yüksək əhval-ruhiyyəsi ilə müşayiət olunub.
RƏFİQƏ HÜSEYNOVA