5.6 bal gücündə zəlzələ

5 Dekabr 2019 09:42 (UTC+04:00)

Kuril adalarında 5.6 bal gücündə zəlzələ olub. SİA bu barədə ABŞ-ın Gologiya Xidmətinə istinadən xəbər verir. Zəlzələlərin episentri Kurilsk şəhərindən 171 kilometr şərqdə yerləşib. Ocaq 35 kilometr dərinlikdə qeydə alınıb.

Dağıntı və zərərçəkənlər haqqında məlumat verilmir.