Hələbdə idman klubu atəşə tutuldu: 10 ölü

5 Dekabr 2019 08:36 (UTC+04:00)

Suriyanın Hələb əyalətindəki Tell-Rifat şəhərində bir idman klubunun silahlı qruplaşmalar tərəfindən atəşə tutulması nəticəsində 10 nəfər ölüb. SİA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bunu müharibə edən tərəflərin Barışıq Mərkəzinin rusiyalı rəhbəri, general-mayor Yuri Borenkov deyib. Onun sözlərinə görə, atəş Cibrin yaşayış məntəqəsinin cənub-şərqindən minaatanlardan açılıb. Ölənlər arasında səkkiz uşağın olduğu da deyilir. Daha 13 nəfər yaralanıb, ikisinin vəziyyəti ağırdır.