Sabunçu rayonunda piyadanın sürücü tərəfindən döyülməsi faktı qeydə alınıb

5 Dekabr 2019 00:13 (UTC+04:00)

Bakının Sabunçu rayonunda döyülmə hadisəsi baş verib.

SİA xəbər verir ki, hadisə Zabrat qəsəbəsində qeydə alınıb.

166 saylı marşrut avtobusunun sürücüsü piyadanı - 1994-cü il təvəllüdlü Zeyniyev Elton Oqtay oğlunu döyərək xəsarət yetirib. Yaralı xəstəxanaya yerləşdirilib. Ona burnunun sınığı, üzün əzilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.