Azərbaycana idxal edilən bu məhsullar üçün xüsusi rüsum həddinin vaxtı uzadılıb

4 Dekabr 2019 21:33 (UTC+04:00)

Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə qərar verib.

Trend-in Nazirlər Kabinetinin saytına istinadən məlumatına görə, dəyişikliyə əsasən quş əti, qida və damazlıq yumurta, meyvə tərəvəz (pomidor, soğan, fındıq, alma, təzə üzüm, xurma) meyvə-tərəvəz şirələri, sement və sement klinkeri, gips, kərpic, alçipan, kafel və metlaxın idxalına tətbiq edilən spesifik rüsumların vaxtı 2019-cu ildən 2021-ci ilin sonunadək uzadılıb.