Cavidan Qurbanova yenidən ana oldu FOTOLAR

4 Dekabr 2019 11:42 (UTC+04:00)

2014-cü ildə Azərbaycan gözəli seçilən Cavidan Qurbanova yenidən ana olub. SİA-nın məlumatına görə, ikinci dəfə ana olan model oğlunu Amerikada dünyaya gətirib. O, bu haqda sosial şəbəkədə məlumat verib: "San-Fransiskoda uşaq dünyaya gətirməyin qiyməti 15 mindən 100 min dollara qədərdir. Hər şey xəstəxanadan və doğuş müqaviləsindən asılıdır. Sığortasız doğmağı məsləhət görmürəm. Doğuşdan 3 həftə əvvəl həkimə istəklərindən ibarət plan verməlisən: doğuş zamanı otaqda hansı musiqi səslənməlidir, yanında kim olmalıdır, narkoz olsun-olmasın, təbii, yoxsa keysəriyə üsulu olsun, uşağa doğulan kimi süd, yoxsa süni qida veriləcək, ona əmzik verilsinmi...

Xəstəxanaya yatdıqdan 12 saat sonra uşaq dünyaya gəldi. Orxan bir an da olsun yanımdan çəkilmədi".

Qeyd edək ki, Cavidan Amerikada yaşayan azərbaycanlı gənclə ailəlidir.