Ana Vətən Partiyası (AVP) Bakıda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri Audronyus Ajubalisin Azərbaycandakı siyasi partiyaların rəhbərləri ilə görüşünə dəvət olunmayıb. Bunu SİA-ya açıqlamasında partiyanın mətbuat xidmətinin rəhbəri Babək Hacıyev deyib. O, qeyd edib ki, AVP-yə keçirilən görüş barəsində heç bir qurum tərəfindən müraciət olunmayıb: "Partiyaya nə rəsmi, nə də şifahi formada müraciət olunmayıb".
Qeyd edək ki, bu gün ATƏT-in fəaliyyətdə olan sədri Audronyus Ajubalisin Azərbaycandakı siyasi partiyaların rəhbərləri ilə görüşüb. Görüşdə YAP sədrinin müavini, partiyanın icra katibi Əli Əhmədov, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı, Ədalət Partiyasının sədri İlyas İsmayılov, BAXCP sədri Qüdrət Həsənquliyev, Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, ALP sədri Əvəz Temirxan və Ümid Partiyasının sədri İqbal Ağazadə iştirak ediblər.