Qaxda 30 yaşlı qadın itkin düşüb

3 Dekabr 2019 00:04 (UTC+04:00)

Qax şəhər Üzeyir Hacıbəyov küçəsində yaşayan 1989-cu il təvəllüdlü Bahar Fidayıl qızı Cəmilova evdən çıxıb və geri qayıtmayıb. Bu barədə "Report"un Şimal-qərb bürosuna, B.Cəmilovanın həyat yoldaşı Şəmil Cəmilov məlumat verib.

Onun sözlərinə görə, həyat yoldaşı bugün günorta saatlarında ikinci sinifdə oxuyan övladını məktəbdən gətirmək üçün evdən çıxıb və geri qayıtmayıb. Anasının gəlmədiyini görən övladı isə məktəbdən özü evə gəlib.