Ağstafada ağır yol qəzası baş verib

2 Dekabr 2019 22:20 (UTC+04:00)

Ağstafa rayonunda yol qəzası baş verib. "Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Dağ Kəsəmən kəndi ərazisində qeydə alınıb.

Belə ki, iki avtomobil toqquşub. Nəticədə 5 nəfər Qazax rayon sakinləri - Alməmmədli Rəvan (2005), Nuriyeva Aytən (1984), Məmmədova Tahirə (1999), Ağstafa rayon sakinləri - Əlizadə Əli (1993) və Əliyeva Samirə (1998) müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.