Dünya Xəbər Agentliklərinin növbəti konqresi harada keçiriləcək?

2 Dekabr 2019 19:12 (UTC+04:00)

Dekabrın 2-də Böyük Britaniyanın paytaxtında Dünya Xəbər Agentlikləri Konqresi Şurasının iclası keçirilib. SİA xəbər verir ki, iclas Britaniyanın “Press Assоciation” agentliyinin rəhbəri, Dünya Xəbər Agentlikləri Konqresi Şurasının prezidenti Klayv Marşallın sədrliyi ilə AZƏRTAC-ın da daxil olduğu Şura üzvlərinin iştirakı ilə keçirilib.

İclas iştirakçıları 2022-ci ildə VII Konqresin keçirilməsinə iki namizədin – Mərakeşin MAP və Birləşmiş Ərəb Əmirliklərinin WAM agentliklərinin təqdimatlarını dinləyiblər. Gizli səsvermənin nəticələrinə görə, Mərakeş Dünya Xəbər Agentliklərinin VII Konqresinə ev sahibliyi edəcək ölkə seçilib. Beləliklə, dünya xəbər agentliklərinin forumu ilk dəfə Afrika qitəsində keçiriləcək.