UNEC-in yeni kitabxanası oxucuların istifadəsinə verilib

2 Dekabr 2019 18:58 (UTC+04:00)

Dekabrın 2-də Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) UNEC Kitabxana İnformasiya Mərkəzinin 1 saylı kitabxanası oxucuların istifadəsinə verilib. UNEC-dən SİA-ya bildirilib ki, kitabxanada oxucular 15 yeni kompüterlə işləyə, 5 min nüsxəyə yaxın kitab, gündəlik qəzetlər, Azərbaycan və rus dillərində elmi jurnallarla tanış ola bilərlər.

Qeyd edək ki, yeni kitabxanaya maraq böyükdür. İlk gün kitabxanada 254 oxucu qeydə alınıb.