Yeni Azərbaycan Partiyası "Xalq üçün" devizi ilə seçki təbliğatına start verdi

2 Dekabr 2019 18:02 (UTC+04:00)

30 noyabr 2019-cu il tarixdə Seçki Məcəlləsinin müvafiq tələblərinə uyğun olaraq təbliğat-təşviqat kampaniyasına start verilib. Bütün seçki proseslərində olduğu kimi, bələdiyyə seçkisində də ölkənin ictimai-siyasi həyatında aparıcı qüvvə olan Yeni Azərbaycan Partiyası növbəti seçkilərə də yüksək fəallıqla başlayıb . YAP tərəfindən bələdiyyə üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslərin və təbliğat materiallarının yayılmasına başlanılıb.

Kürdəmir

Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının Kürdəmir rayon şöbəsi 23 dekabr 2019-cu il tarixdə keçiriləcək Azərbaycan Respublikasının bələdiyyə seçkiləri ilə əlaqədar hal-hazıra qədər partiyamızın İcra Katibliyi tərəfindən verilən tövsiyə və tapşırıqlara uyğun olaraq, müvafiq mərhələlər üzrə nəzərdə tutulan işləri uğurla həyata keçirməkdədir. "Xalq üçün" devizi ilə təşviqat kampaniyasına uğurla başlayan

Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının Kürdəmir rayon şöbəsi də bələdiyyə seçkiləri ilə əlaqədar operativ fəaliyyətə başlayıb. Qərargah üzvləri, partiya fəalları budəfəki kampaniyanın yüksək səviyyədə həyata keçirilməsi üçün səfərbər edilərək, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq təlimatlandırılıblar. Təbliğat - təşviqat kampaniyasının başlaması ilə əlaqədar Yeni Azərbaycan Partiyasından namizədlikləri irəli sürülən bələdiyyə üzvlərinin plakatları məntəqələr üzrə müvafiq ayrılmış lövhələrə yapışdırılıb. Bu prosesi, əsasən, partiyanın gənc fəallarından ibarət olan qrup həyata keçirib. YAP Kürdəmir rayon təşkilatının fəal gənclərindən yaradılmış təbliğat-təşviqat komandası Yeni Azərbaycan Partiyasından bələdiyyə üzvlüyünə namizədlikləri irəli sürülən şəxslərin plakatlarını məntəqə seçki komissiyalarının ərazisindəki təbliğat-təşviqat lövhələrinə yapışdırılması prosesini uğurla sona çatdırıb. İnanırıq ki, seçicilərimizin hər biri 23 dekabr bələdiyyə seçkilərində fəal iştirak edəcək, ölkəmizin hərtərəfli inkişafının davamlı olması naminə Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər.

Qaradağ

Yeni Azərbaycan Partiyasının Qaradağ rayon təşkilatı bələdiyyəyə üzvlüyü irəli sürülmüş partiya üzvlərinin təşviqat kampaniyasına start verib. Partiya tərəfindən rayonda olan 11 bələdiyyə üzrə 123 nəfərin namizədliyi irəli sürülüb. Müvafiq prosedur qaydalara layiqincə əməl etmək üçün partiya fəallarının iştirakı ilə treninqlər keçirilib. Məqsəd isə seçicilərin mütləq səsi ilə növbəti seçkidə də qalib gəlməklə

xalqın etimadını əməli işlərlə doğrultmaqdır. Xatırladaq ki, "Azərbaycan Respublikasında Bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim planı"na əsasən, seçkiqabağı təşviqatın aparılması üçün müddət səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır.Seçkiqabağı təşviqatın aparılması dekabrın 22-i saat 08:00-da dayandırılacaq.

Binəqədi

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı 23 dekabr 2019-cu il tarixdə keçiriləcək bələdiyyə seçkilərində iştirak edəcək namizədlərin təbliğat-təşviqat kampaniyasına start verib. İlk növbədə, partiyanın

rayon təşkilatının gənclər birliyinin fəalları namizədlərin şəkilləri əks olunan təbliğat vasitələrini rayonun ərazisində yerləşən Dairə Seçki Komissiyalarının məntəqələrində quraşdırılmış təbliğat lövhələrində yerləşdirmişlər. Məlumat üçün bildiririk ki, 23 dekabr 2019-cu il tarixdə keçiriləcək bələdiyyə seçkilərində Binəqədi rayonunda fəaliyyət göstərən 5 bələdiyyə üzrə 81 yerə YAP Binəqədi rayon təşkilatı tərəfindən 81 nəfər namizəd irəli sürülüb.

Samux

Yeni Azərbaycan Partiyasının bütün rayon və şəhər təşkilatlarında olduğu kimi, YAP Samux rayon təşkilatında da 2019-cu il dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinə ciddi hazırlıq prosesləri davam edir.

Bütün seçkilərdə olduğu kimi, bələdiyyə seçkilərində də xüsusi fəallığı ilə seçilən, ölkənin ictimai-siyasi həyatında aparıcı qüvvə olan Yeni Azərbaycan Partiyası növbəti seçkilərə də yüksək ab-hava ilə başlayıb. YAP Samux rayon təşkilatının təbliğat-təşviqat qrupunun üzvləri də bələdiyyə seçkiləri ilə əlaqədar operativ fəaliyyətə başlayıblar.

YAP Samux rayon təşkilatının fəalları YAP namizədlərinin şəkillərini və bələdiyyə seçkilərinə dair plakatları qanunla müəyyən olunmuş yerlərdə yapışdırırlar. Təşviqat materiallarının yapışdırılması prosesi uğurla həyata keçirilir.Bundan əlavə olaraq ayrı-ayrı bukletlər və təbliğat-təşviqat materialları da seçicilərə paylanacaq.

Şəmkir

Bu il dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində qeydə alınmış namizədlər, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, vəkil edilmiş şəxslər və səlahiyyətli nümayəndələr tərəfindən seçkiqabağı təşviqat başlandı.

Yeni Azərbaycan Partiyasının Şəmkir rayon təşkilatı bu gündən bələdiyyəyə üzvlüyü irəli sürülmüş namizədlərin təşviqat kampaniyasına start verib. Partiya fəalları bələdiyyə seçkisində YAP-ın namizədlərinin təşviqat plakatlarını qanunla müəyyənləşdirilmiş yerlərdə yapışdırıblar.

Partiya tərəfindən rayonda olan 42 bələdiyyə üzrə 400 nəfərin namizədliyi irəli sürülüb. Müvafiq prosedur qaydalara layiqincə əməl etmək üçün partiya fəallarının iştirakı ilə treninqlər keçirilib. Məqsəd isə seçicilərin mütləq səsi ilə növbəti seçkidə də qalib gəlməklə xalqın etimadını əməli işlərlə doğrultmaqdır.

Tərtər

Yeni Azərbaycan Partiyasının bütün rayon və şəhər təşkilatlarında olduğu kimi, YAP Tərtər rayon təşkilatında

da 2019-cu il dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyasına start vermişdir. YAP Tərtər rayon təşkilatının fəalları YAP tərəfindən namizədliyi irəli sürülən namizədlərinin şəkillərini və bələdiyyə seçkilərinə dair plakatları qanunla müəyyən olunmuş yerlərdə yapışdırıblar. Təbliğat-təşviqat materiallarının yapışdırılması prosesi uğurla həyata keçirilib.

Gəncə

23 dekabr 2019-cu il tarixində keçiriləcək bələdiyyə seçkisinin təbliğat-təşviqat mərhələsinə start verilib. "Xalq üçün" devizi ilə təşviqat kampaniyasına başlayan Yeni Azərbaycan Partiyası bütün seçki proseslərində olduğu kimi, bələdiyyə seçkisinə də yüksək ab-hava ilə başlayıb.Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının Gəncə şəhər şöbəsində də bələdiyyə seçkiləri ilə əlaqədar seçki qanunvericiliyinə uyğun olaraq Yeni Azərbaycan Pariyası tərəfindən namizədliyi irəli sürülən namizədlərin təbliğat işlərinə start verilib.

Qərargah üzvləri və partiya fəalları budəfəki kampaniyanın yüksək səviyyədə həyata keçirilməsi üçün səfərbər edilərək, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq təlimatlandırılıblar.

Gənc partiya fəalları təbliğat-təşviqat kampaniyasına Gəncə şəhərində mövcud olan 4 Dairə Seçki Komissiyasının və 107 məntəqə seçki komissiyalarının dislokasiyalarına görə, Yeni Azərbaycan Partiyasının təbliğat-təşviqat plakatlarının və Gəncə şəhərinin Nizami, Kəpəz və Hacıkənd bələdiyyələri üzrə namizədlikləri irəli sürülmüş 43 nəfərin vahid formada hazırlanmış plakatlarını asmaqla başlamışdır. Bunlardan əlavə, ayrı-ayrı bukletlər və təbliğat-təşviqat materialları da hazırlanıb ki, onlarda seçicilərə paylanacaq və partiya fəalları YAP-ın seçki proqramı barədə seçicilərə ətraflı məlumatlar verəcəklər.

Ağcabədi

23 dekabr 2019-cu il tarixdə keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar YAP Ağcabədi rayon təşkilatı təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan partiyası tərəfindən bələdiyyə üzvlüyünə irəli sürülmüş namizədlərin şəkilləri və digər təşviqat materialları təşviqat lövhələrinə və müəyyən olunmuş

yerlərdə yapışdırılması prosesini uğurla sona çatdırıb. YAP Ağcabədi rayon təşkilatı gənclər birliyinin üzvləri bu kampaniyada xüsusi fəallıq göstərirlər. Ağcabədi rayonunda 41 bələdiyyə üzrə 361 nəfər yerə YAP Ağcabədi rayon təşkilatı tərəfindən 361 nəfər namizəd irəli sürülmüş, onlardan 358-i qeydə alınmışdır.

YAP Ağcabədi rayon təşkilatı YAP-dan olan namizədlərin seçilməsi üçün mövcud qanunvericilik çərçivəsində bütün təbliğat və təşviqat proseslərində fəal iştirak edərək seçkilərdə qalib gəlmək üçün bütün qüvvələrini səfərbər etmişlər.

Quba

Ölkəmizin ən güclü siyasi partiyası olan Yeni Azərbaycan Partiyası, əvvəlki illərdə olduğu kimi, bu dəfə seçki prosesinə fəal qoşulub.

23 dekabr tarixində keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar, ölkəmizin bütün regionlarında olduğu kimi, Yeni Azərbaycan Partiyasının Quba rayon təşkilatı tərəfindən təbliğat-təşviqat kampaniyasına start verilib.

Rayonda olan 34 bələdiyyəyə YAP Quba rayon təşkilatı tərəfindən 332 nəfərin namizədliyi irəli sürülmüşdür və namizədlərin fotoşəkilləri və təşviqat materialları müvafiq seçki məntəqələrindəki təşviqat lövhələrindən asılmışdır. Rayonda bələdiyyə seçkiləri ədalətli, şəffaf, müvafiq seçki qanunvericiliyinin tələblərinə uyğun şəkildə həyata keçirilməsi məqsədilə təbliğat-təşviqat işləri uğurla yekunlaşacaq və bu seçkilərdə də Yeni Azərbaycan Partiyası yenidən qalib gələcəkdir.

QUSAR

Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyasına start verildi.

YAP Qusar rayon təşkilatının üzvləri partiya tərəfindən bələdiyyə üzvlüyünə namizədlikləri irəli sürülənlərin fotoşəkilləri və təbliğat şüarlarını təbliğat lövhələrinə vurublar.

Qeyd edək ki, bələdiyyəyə YAP Qusar rayon təşkilatı tərəfindən 265 nəfərin namizədliyi irəli sürülmüşdür.

AĞDAM

Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatı 23 dekabr 2019-cu il tarixdə keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən bələdiyyə üzvlüyünə namizədlikləri irəli sürülən

14 bələdiyyə üzrə namizədlərin şəkilləri və təbliğat-təşviqat şüarları lövhələrə yapışdırılıb.

Bütün siyasi kampaniyalarda olduğu kimi, ölkəmizdə keçiriləcək bələdiyyə seçkilərinə də yüksək hazırlıq işləri aparmaqla, Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş namizədlər yüksək səviyyədə təbliğ ediləcək.

İSMAYILLI

23 dekabr 2019-cu il tarixdə keçirələcək Azərbaycan Respublikasında Bələdiyyə seçkilərinin təbliğat - təşviqat kampaniyasına start verilib. Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının İsmayıllı rayon şöbəsi təbliğat - təşviqat tədbirləri çərçivəsində bələdiyyə üzvülüyünə namizədliyi Yeni Azərbaycan

Partiyası tərəfindən irəli sürülmüş namizədlərin seçki plakatlarını Seçki Məcəlləsinin tələblərinə uyğun müəyyənləşdirilmiş müvafiq ərazilərdəki lövhələrə yapışdırmaq prosesi başa çatdırılıb.

YAP Mərkəzi Seçki Qərargahı İsmayıllı rayon şöbəsi tərəfindən təbliğat - təşviqat işlərinin yüksək səviyyədə təşkili üçün bütün seçki proseduraları uğurla davam etdirilir.

Rayon təşkilatı seçki prosesinin, əvvəlki illərdə olduğu kimi, bu seçkilərin də yüksək səviyyədə, Azərbaycan Respublikasının Konstitusiyasının tələblərinə, Seçki Məcəlləsinə və onun təlimatlarına uyğun olaraq tam şəffaf və ədalətli şəkildə keçiriləcəyinə əminliyini bildirib.

RƏFİQƏ HÜSEYNOVA,

Zümrüd BAYRAMOVA