Bazar bombalandı: 11 insan həyatını itirdi

2 Dekabr 2019 16:06 (UTC+04:00)

Əsəd rejiminə məxsus ordu birləşmələri İdlibdə yerləşən bazara hava hücumu edib. Nəticədə 11 vətəndaş ölüb, 20-dən çoxu isə yaralanıb.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Bəşər Əsəd rejimi İdlib gərginliyi azaltma bölgəsi sərhədləri daxilindəki 2 rayonda yerləşən bazar yerləri bombalayıb.

İdlibin Marratinnuman rayonunda yerləşən bazara təşkil edilmiş hücum nəticəsində ölü sayının artacağı ehtimal edilir.

Mirqəmər Mənsimova