“Enində - sonunda qayıdacaqsan, xeyri yoxdur” – Baş redaktordan Rafael Piriyevə

2 Dekabr 2019 15:12 (UTC+04:00)

“Bu narkoman şərəfsizin çıxmadığı oyun qalmadı. Sonunda damarlarını doğradı ki, Azərbaycana gəlməsin”. SİA xəbər verir ki, qht.az saytının baş redaktoru, tanınmış jurnalist və ictimai fəal Sənan Nəcəfov Avropadakı söyüş qrupunun üzvlərindən biri olan Rafael Piriyevin damarlarını kəsərək intihara cəhd etməsi olayına “Facebook”dakı şərhində münasibət bildirib.

“R.Piriyevin Azərbaycana deport olunmamaq üçün bu yola baş vurduğu barədə fikirllər səslənir”, xatırladan baş redaktor həmçinin bildirib ki, o Azərbaycana deport edilmək məqsədilə təyyarəyə mindirilərkən özünə qəsd edib. SİTAT: “Təyyarənin pilləkənləri üzərində damarını doğrayan Rafael dərhal xəstəxanaya aparılıb. Onun vəziyyətinin hələ də ağır olduğu deyilir. Enində- sonunda qayıdacaqsan, xeyri yoxdur nə hoqqa istəyirsən çıxart. Gəl və tetatet danışaq, görək niyə təhqir edirdin? Niyə söyüş söyürdün? Amma hər şey haqq-ədalət çərçivəsində. Gəl, qolu kəsik, oğlan, gəl!”

Xatırladaq ki, Müsavat Partiyası rəhbərliyinin və s. radikal müxalifət təmsilçilərinin Almaniyada, eləcə də Avropanın digər ölkələrindəki saxta sənədlər üzərində qurduqları miqrant biznesinin ifşasından sonra həmin sənədlər vasitəsi ilə oraya yerləşənlərin deportasiyası proseduruna başlanılıb. Bu xüsusda söyüş qruplarının üzvləri də Avropanın hüquq-mühafizə strukturlarının və məhkəmə instansiyalarının hədəfindədirlər.

Rövşən NURƏDDİNOĞLU