ABŞ-ın Havay ştatında yerləşən Sakit Okean Sunami Xəbərdarlıq Mərkəzi Yaponiya sahillərində baş verən 8,9 bal gücündəki zəlzələdən sonra verdiyi sunami həyəcanının əhatə dairəsini genişləndirib.
SİA-nın xəbərinə görə, dünən səhər saatlarında mərkəzdən verilən açıqlamada daha öncə Yaponiya, Rusiyanın Sakit Okean sahilləri, Markus adaları və Şimali Marianas üçün keçərli olduğu bildirilən həyəcan bölgəsinin Filippin, İndoneziya, Tayvan, Çili, Papua Qvineya, ABŞ-ın Havay ştatı, Avstraliya, Yeni Zelandiya və Cənubi Amerikanın Sakit Okean sahilləri di daxıl olmaqla 53 ölkəni əhatə edəcək şəkildə genişləndirildiyi bildirilib.
Sunami dalğalarının bəzi adaların boyunu aşa biləcəyi də vurğulanıb.