Bakıda yük avtomobilinin banında meyit tapılıb

28 Noyabr 2019 12:11 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Səbail rayonunda yük avtomobilinin banında, armatur bağlamasının altında sıxılı vəziyyətdə qalan 1 nəfərin meyitinin çıxarılması üçün müraciət daxil olub.

Nazirlikdən SİA-ya verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1957-ci il təvəllüdlü Məmmədov Güloğlan Qələmdar oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.