NAXÇIVANIN QIZLARI (nəğmə)

27 Noyabr 2019 18:56 (UTC+04:00)

Şairə Kamalə Ağayevaya

Gözəllikdə yox tayı,
Sevgidir əzəl payı,
Hünəri ulduz sayı,
Naxçıvanın qızları.

İşvəlidir, nazlıdır,
Ədalıdır, duzludur,
Ürəkləri sözlüdür,
Naxçıvanın qızları.

Bir Araz sonasıdır,
Eşqində yanasıdır,
İgidlər anasıdır,
Naxçıvanın qızları.

Məhəbbətdən gözləri,
Yandırar Arazları,
Göyün yer ulduzları,
Naxçıvamn qızları.

Ramiq Muxtar,

Prezident təqaüdçüsü, "Şərəf" ordenli,
Rəsul Rza adına Beyənlxalq Mükafatı laureatı